» » “Ramil Şeydayev bizə lazım deyil” -

“Ramil Şeydayev bizə lazım deyil” - Baş məşqçi

Bölmə: Idman
“Ramil Şeydayev bizə lazım deyil” -
Türkiyənin “Trabzonspor” klubu “Jilina”ya icarəyə verdiyi millimizin üzvü Ramil Şeydayevin xidmətində maraqlı deyil.

Xalqinfo” xəbər verir ki, bunu Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal açıqlayıb.

O bildirib ki, gənc hücumçunu komandadan birdəfəlik göndərmək lazımdı. Belə ki, baş məşqçi klubun prezidenti Muhamrrem Usta ilə görüşündə Ramil də daxil olmaqla 7 oyunçunu komandada görmək istəmədiyini deyib.

Mütəxəssis bildirib ki, icarədə olan bütün futbolçular satılmalıdı. Çünki onların heç birinin “Trabzonspor”un əsas heyətində oynamaq şansı yoxdu.

Qeyd edək ki, Ramil Şeydayevin “Jilina” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler