» » Güləşçilərimizdən 2 günə -

Güləşçilərimizdən 2 günə - 9 medal

Bölmə: Idman
Güləşçilərimizdən 2 günə -
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir başa çatıb.

Xalqinfo” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edib.

Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıb.

İkinci yarış günündə isə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Əhmədnəbi Qvarzatilov (61 kq) , Hacımurad Məhəmmədsəidov (86 kq), gümüş medalı Elmira Qəmbərova (63 kq), Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) isə bürünc medalı qazanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler