» » "Fənərbaxça"dan Yılmaz Vural sürprizi

"Fənərbaxça"dan Yılmaz Vural sürprizi

Bölmə: Idman
"Fənərbaxça"dan Yılmaz Vural sürprizi
"Krasnodar"a iki oyunun nəticəsinə görə uduzaraq Avropa Liqasından kənarda qalan "Fənərbaxça"da baş məşqçi Dik Advokaatın qovulması gündəmə gəlib.

Xalqinfo.az xəbər verir ki, ötən axşam baş tutan matçdan sonra təcili toplantı keçirən klub rəsmiləri prezident Aziz Yıldırıma holland mütəxəssisi qovmağı məsləhət görüblər.

İddiaya görə, "Fənərbaxça" rəsmilərindən biri komandanı mövsümün sonunadək Yılmaz Vurala tapşırmağı təklif edib. Onun bu təklifi həmkarları tərəfindən də dəstəklənib. Lakin Aziz Yıldırım qərar verməyə tələsmir. Prezident bildirib ki, Dik Advokaatla görüşdükdən sonra qərarını verəcək.

Qeyd edək ki, indiyədək 27 müxtəlif kluba başçılıq edən Yılmaz Vural İstanbul böyüklərindən heç birini çalışdırmayıb.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler