» » “Bursaspor” Prosineçkinin razılığını aldı-

“Bursaspor” Prosineçkinin razılığını aldı- Rəsmi açıqlama

Bölmə: Idman
“Bursaspor” Prosineçkinin razılığını aldı-

Xəbər verdiyimiz kimi, millimizin baş məşqçisi Robert Prosineçkinin xidmətində Türkiyənin "Bursaspor" klubu maraqlıdır. “Xalqinfo” xəbər verir ki, Bursa təmsilçisi Prosineçki ilə danışıqlar aparmaq üçün iki təmsilçisini Bakıya göndərib.

"Timsahlar"ın Bakıya göndərilən rəsmisi Yüksəl Çolak Türkiyə mətbuatına açıqlamasında Prosineçki ilə ötən gün keçirdiyi görüşdən danışıb. O, xorvat mütəxəssisdən ilkin razılıq aldıqlarını deyib: "Bəli, ilk görüşdən müsbət razılıq almışıq. Danışıqlarımız bu günə qalıb. Prosineçki bizi yaxşı qarşıladı.

O, bizə "Bursaspor"a getmək istədiyini və komandanı yaxşı tanıdığını dedi. Ancaq onun Azərbaycan millisi ilə müqaviləsi var. O, millidən pis atmosferdə ayrılmaq istəmir. Prosineçki bu gün AFFA rəhbərliyi ilə görüşəcək və millidən getmək istədiyini deyəcək. Bir dəyişiklik olmasa, Bursaya Prosineçki ilə birgə qayıdacağıq".

Qeyd edək ki, Prosineçki özü verdiyi açıqlamada millimizdən ayrılmaq niyyətində olmadığını vurğulayıb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler