» » “Ramil təcrübəsizdir, risk etmәdik” -

“Ramil təcrübəsizdir, risk etmәdik” - “Samsunspor”un baş mәşqçisi

Bölmə: Idman
“Ramil təcrübəsizdir, risk etmәdik” -

“Samsunspor”un baş məşqçisi Osman Özköylü “Trabzonspor”un və milli komandamızın futbolçusu Ramil Şeydayevi icarəyə götürəcəyi haqda iddialara münasibət bildirib.

"Xalqinfo" xəbər verir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı bu şayiələri təkzib edib:

“Trabzonspor”dan Yusuf Yazıçını çox istəyirdim. Yusuf kubok oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacardı və heyətdə yerini möhkəmləndirdi. Buna görə də, Ərsun Yanal onu icarəyə göndərmədi. “Trabzonspor” bizə Ramil Şeydayev və Serje Akakponu təklif etdi. Akakpo müdafiəçidir. Mən isə yerli stoper istəyirəm. Ramil Şeydayev də təcrübəsiz futbolçudur. Ona görə də Ramilin keçidində risk etmədik”.

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”un heyətində 3 oyun keçirib və 1 qol vurub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler