» » Muarem Muarem toyundan danışdı

Muarem Muarem toyundan danışdı

Bölmə: Idman
Muarem Muarem toyundan danışdı

“Qarabağ”ın futbolçusu Muarem Muarem Antalyada bu gün başlayan qış təlim-məşq toplanışında klubun rəsmi saytına açıqlamalar verib.

Xalqinfo” xəbər verir ki, makedoniyalı futbolçu ilk olaraq istirahət müddətdindən danışıb: “İstirahət dönəmi mənim üçün yaxşı keçdi. Şəxsi həyatımda bəzi dəyişikliklər oldu, evləndim. Daha sonra təxminən 1 həftəlik istirahət etdim. Tətildə olsam da, fikrim komandamla idi. Komanda yoldaşlarım üçün darıxmışdım. Azərbaycandan çox adam istər mesaj, istərsə də sosial şəbəkə vasitəsi ilə məni təbrik etdilər, hər birinə “çox sağ ol” deyirəm. Məni unutmadılar”.

Muarem Muarem qış fasiləsindən sonrakı oyunların vacibliyindən və komandamızdakı rəqabətdən də söz açıb: “Hər zaman qış fasiləsindən sonra çempionat oyunları daha çətin olur. Turnir cədvəlində “Qəbələ” və “İnter”lə xal fərqi azdır. Əslində bu bir tərəfdən yaxşıdır ki, rəqabət sona qədər olur. Futbolçular həm məşqlərə, həm də oyunlara daha motivasiyalı çıxır. Xal fərqinin az olması çempionatın daha maraqlı keçməsinə də səbəb olur. Qış təlim-məşq toplanışında yaxşı hazırlaşıb həm Premyer Liqada, həm də ölkə kubokunda qızıl medalların sahibi olmaq istəyirik. Komandamızda hər bir mövqedə rəqabət var, həm məşqlərdə, həm də oyunlarda əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam. Rəqabətin olması həm futbolçular, həm də komandamız üçün yaxşıdır”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler