» » Yusif Dünya çempionu oldu

Yusif Dünya çempionu oldu

Bölmə: Idman
Yusif Dünya çempionu oldu

"Xalqinfo"ya daxil olan məlumata görə 2016-cı il 6-7 dekabr tarixində Rusiya Federasiyasının Pitiqorski şəhərində Kempo Qocuryu üzrə Dünya Çempionatı keçirilmişdir. Bu çempionatda Əhmədov Yusif Ağabəy oğlu Azərbaycan bayrağını şərəflə ucaltmış və Dünya birincisi olmusdur.

Ə.Yusif 1986-cı il aprelin 4-də Kürdəmir rayonunda dogulub. Kiçik yaşlarından idmana olan həvəsi onun gələcək uğurları üçün bir mayak olub. 14-15 yaşlarından karate idman növü ilə məşğul olub, Respublika çempionatlarında iştirak edib və layiqli yerlər tutub. Qeyd etmək lazımdır ki, idmançılarımıza həmişə dəstək olan AZƏRİŞIQ ASC-nin maddi mənəvi dəstəyi, idmançılarımızın yanında olması onların uğuruna uğur qatır. Əvvəldə qeyd etdiyimiz kimi, RF-nin Pitiqorski şəhərində keçirilən Kempo Qocuryu üzrə 93 kq çəki dərəcəsində mübarizə aparan həmvətnimiz Ə.Yusif Ukraynalı döyüşçüyə qalib gələrək Düyna Birincisi olmuşdur. Bu uğur Yusifin timsalında hər birimizin uğurudur. Qeyd edək ki, dekabr ayının 24-25 tarixində Karate Kempo Qocuryunun 20 illik yubileyinə həsr olunmuş Respublika Çepionatı keçirilmiş və bu çempionatda da Yusif Əhmədov birinciliyi qazanmışdır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Yusif Dünya çempionu oldu
Yusif Dünya çempionu oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler