» » Rekordçunun müalicəsinə rekord məbləğdə pul xərcləndi

Rekordçunun müalicəsinə rekord məbləğdə pul xərcləndi

Bölmə: Idman
Rekordçunun müalicəsinə rekord məbləğdə pul xərcləndi

3 il qabaq dağ xizəyində yıxılaraq kəllə-beyin travması alan əfsanəvi "Formula 1" pilotu Mixail Şumaxer barədə yeni məlumat yayılıb.

Xalqİnfo.az xarici mətbuata istinadən xəbər verir ki, hesablamalara görə, indiyədək alman pilotun müalicəsinə 13.8 milyon funt-sterlinq xərclənib.

Şumaxerin həftəlik müalicə xərci 115 min funt-sterlinqə başa gəlir.

Qeyd edək ki, alman pilot "Formula 1"-də 1991-2012-ci illər ərzində "Benetton", "Ferrari" və "Mercedes" komandalarının şərəfini qoruyub. O, 7 qat dünya çempionudur (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004). Bundan əlavə Şumaxer 91 qələbə ilə "Formula-1" rekordçusudur. Həmçinin 155 podium, bir mövsümdə 13 qələbə və ardıcıl 5 çempionluqla da rekorda sahibdir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler