» » “İki futbolçu almaq fikrimiz var” -

“İki futbolçu almaq fikrimiz var” - Fariz Nәcәfov

Bölmə: Idman
“İki futbolçu almaq fikrimiz var” -

Bu gün Klublar Komitəsinin 2016-cı ildə sonuncu iclası keçirilib.

"Xalqİnfo" xəbər verir ki, iclasdan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

- Necə oldu ki, hamı yekdilliklə Kamran Quliyevin sədr seçilməsinə səs verdi?

- İclasla bağlı ətraflı məlumatı Fikrət Hüseynov verəcək. Əsas məsələ seçki ilə bağlı idi. Bəzi klublarımızın, o cümlədən də mənim səsvermədə iştirak etməmək hüququmuz var idi. Mən də Kamran Quliyevə səs vermişdim.

- Başa çatmaqda olan 2016-cı ili "Qəbələ" üçün necə dəyərləndirirsiz?

- Ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla uğura imza atdı. Bundan başqa, Premyer Liqada da uğurlu çıxış edirik. Bəzi səbəblərdən qrupda xal qazana bilmədik. Ümid edirəm ki, qazandığımız uğurları 2017-ci ildə də davam etdirərik.

- Transferlərlə bağlı nə yeniliklər var?

- İki futbolçu ilə güclənmək fikrimiz var. Axtarışlarımız davam edir. Hələ ki, konkret ad yoxdu. Avroliqadan qazandığımız pulların bir qismini transferlərə xərcləmək istəyirik. Bilirsiz ki, bizdə futbolçu çatışmazlığı var. Bu barədə yaxın günlərdə baş məşqçinin yekun qərarını öyrənəcəyik. İcarəyə verdiklərimizi müqavilənin şərtlərinə görə geri qaytara bilmirik. Amma baş məşqçi ilə bir neçə futbolçunun icarəyə göndərilməsi məsələsi ilə bağlı müzakirə aparmışıq. Çünki gənc oyunçular oyun təcrübəsi qazanmalıdır. Artıq adlar da bəllidi. Tam dəqiqləşəndən sonra məlumat verə bilərəm.

- "Qəbələ" iki ildir ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla hamını sevindirir. Amma bölgə klubu ev oyunlarını Qəbələdə yox, Bakıda keçirir. Bu məsələ öz həllini nə vaxt tapacaq?

- Çox gözəl sualdır. Müsbət cavab vermək istərdim. Amma gözlənilməz durumla qarşılaşdığımız üçün işlərimizin sürətlə getmədi. Növbəti ildə avrokuboklarda çıxış etsək, çalışacağıq ki, ev oyunlarını Qəbələdə keçirək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler