» » Arda Turan “Barsa”nın tarixinə düşdü

Arda Turan “Barsa”nın tarixinə düşdü

Bölmə: Idman
Arda Turan “Barsa”nın tarixinə düşdü

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə futbolunun tarixinə keçib.

"Xalqİnfo" xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsində Münhenqladbax "Borussiya"sına qarşı matçda (4:0) baş verib. Qarşılaşamda 17 dəqiqədə üç qol vuran Arda ÇL tarixində "Barselona"nın heyətində het-trik edən 6-cı futbolçu olub. Ardaya qədər bunu bacaran futbolçular Rivaldo, Ronaldinyo, Samuel Eto'O, Lionel Messi və Neymar olub.

Bundan əlavə, Arda Turan Tuncay Şanlı və Burak Yılmazdan sonra ÇL-də het-trik edən 3-cü türk oyunçu kimi də tarixə keçib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler