» » Təyyarə qəzasının olacağını 8 ay əvvəl deyib

Təyyarə qəzasının olacağını 8 ay əvvəl deyib

Bölmə: Idman
Təyyarə qəzasının olacağını 8 ay əvvəl deyib

Вraziliyanın “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğramasından sonra şok məlumat yayılıb.

Xalqİnfo” xəbər verir ki, Karlinyos adlı ekstrasens 8 ay əvvəl qatıldığı verilişlərin birində Braziliyanın futbol klublarından birinin təyyarə qəzası zamanı məhv olacağını söyləmişdi.

2016-cı ilin mart ayında ekstrasens bu sözləri söyləmişdi: “Braziliyanın bir futbol klubu təyyarə qəzasına uğrayacaq və komanda üzvləri həlak olacaqlar. Bu dediyim 1-1,5 il ərzində olacaq”.

54 yaşlı Xose Ferreyra dos Santos (Karlinyos) DÇ-2014-dən əvvəl mundialda Braziliyanın Almaniyaya 1:7 hesabı ilə məğlub olacağını və Neymarın turniri zədə səsəbindən yarımçıq tərk edəcəyini söyləyərək adından söz etdirmişdi.

Qeyd edək ki, “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb və hava gəmisində olan 81 nəfərdən 76-sı dünyasını dəyişib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler