» » “Qəbələ”yə uduzan baş məşqçi qovuldu

“Qəbələ”yə uduzan baş məşqçi qovuldu

Bölmə: Idman
“Qəbələ”yə uduzan baş məşqçi qovuldu

Fransa çempionatında mübarizə aparan “Lill” klubu baş məşqçisi Frederik Antonetti ilə yollarını ayırıb. “Xalqİnfo” xəbər verir ki, buna komandanın uğursuz çıxışları səbəb olub.

Belə ki, “Lill” Fransa çempionatında geridə qalan 13 turda cəmi 10 xal toplayıb və turnir cədvəlində 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Bu nəticə isə rəhbərliyi razı salmayıb və onun qovulmasına qərar verilib.

“L`Equipe”nin yaydığı məlumata görə, artıq komandanın yeni baş məşqçisinin adı da bəllidi. Mənbə iddia edir ki, klub rəhbərliyi hazırda “Fənərbaxça”dan ayrıldıqdan sonra işsiz qalan Vitor Pereyra ilə danışıqlar aparır. Əgər tərəflər arasında razılıqəldə olunsa, yaxın günlərdə portuqaliyalı mütəxəssislə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, “Lill” bu mövsüm Avropa Liqasının III təsnifat mərhələsində təmsilçimiz “Qəbələ” ilə qarılaşmışdı və iki oyunun nəticəsinə görə "qırmızı-qaralar”a məğlub olmuşdu.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler