» » Əliyar Ağayev Balotellinin komandasının oyununda

Əliyar Ağayev Balotellinin komandasının oyununda

Bölmə: Idman
Əliyar Ağayev Balotellinin komandasının oyununda

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb.

Xalqİnfo” xəbər verir ki, gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – "Nitsa” (Fransa) oyununu idarə edəcək.

Əliyar Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.

Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi oyun 24 noyabrda "Veltins-Arena"da keçiriləcək.


[Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler