» » AFFA bir-birini təhqir edən futbolçuları cəzalandırdı

AFFA bir-birini təhqir edən futbolçuları cəzalandırdı

Bölmə: Idman
AFFA bir-birini təhqir edən futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 11-ci turunun “Səbail” - “Zaqatala” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Ağsu” - “Rəvan” matçının 77-ci dəqiqəsində “Rəvan”nın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun MOİK - “Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 3-cü dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Qaradağ Lökbatan” - “Mil-Muğan” matçının 82-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Göyəzən” - “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 11-ci turunun “Şərurspor” - “Şahdağ” matçının 90+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Ramil Mansurov və “Şərurspor”un futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler