» » ““Neftçi”nin “Qarabağ” kimi davranacağını gözlәmirdim” -

““Neftçi”nin “Qarabağ” kimi davranacağını gözlәmirdim” - Svanadze

Bölmə: Idman
““Neftçi”nin “Qarabağ” kimi davranacağını gözlәmirdim” -

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xalqİnfo” xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Zaur Svanadze məğlubiyyəti şərh edib.

“Oyuna yaxşı başlamışdıq. Qol imkanlarımız da oldu. Ancaq istifadə edə bilmədik. İkinci hissədə hakimin qərarını başa düşmədim. Baş hakim penalti olmadığını deyir, əlavə köməkçi hakim “penaltidir” söyləyir. Nə demək olar? Biz hər zaman "feyr-pley”ə riayət etmişik. İstəyirik rəqib də buna riayət etsin. İndiyənə qədər hakim barədə danışmamışam”.

- İkinci dəfədi ki, qapınıza olmayan penalti təyin edilir. Ancaq "Qarabağ" topu bilərəkdən qapıdan kənara vurmuşdu. "Neftçi"dən də eyni addımı gözləyirdinizmi?

- Xeyr! "Neftçi"nin "Qarabağ" kimi davranacağını gözləmirdim.

- Rəhbərlikdə baş verən dəyişiklik futbolçulara təsir etdimi?

- Bunun bir təsiri yoxdu. Çalışacağıq ki, məğlubiyyəti yaddan çıxarıb, növbəti oyunlara hazırlaşaq. Bu gün sadəcə, oyunumuz alınmadı. Bu gün Rauf Əliyevin yoxluğu da öz sözünü dedi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler