» » Qurban Qurbanov BANM-in tələbələri ilə görüşdü

Qurban Qurbanov BANM-in tələbələri ilə görüşdü

Bölmə: Idman
Qurban Qurbanov BANM-in tələbələri ilə görüşdü














Bakı Ali Neft Məktəbində (BANM) əfsanəvi futbolçu, şöhrət qazanmış “Qarabağ” Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.

Xalqİnfo” xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov Qurban Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açıb. “Qarabağ” futbol klubunun azarkeşi olduğunu deyərək, Elmar Qasımov klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu da vurğulayıb. BANM-in rektoru qeyd edib ki, “Xaricdə bizim idmanımızı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilir”.

Qurban Qurbanov isə deyib ki, BANM-in tələbələri çox savadlı və istedadlı gəncdirlər və öz biliklərinə görə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən birində təhsil almaq haqqını qazanıblar. Qonaq həmçinin qeyd edib ki, BANM-in hazırladığı mühəndis mütəxəssisləri Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır və o, tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyətlər arzulayıb.

Sonra Qurban Qurbanov çoxsaylı suallara cavab verib və ən maraqlı sualların müəlliflərinə “Qarabağ” futbol klubunun baş məşqçisinin imzası ilə toplar hədiyyə edib. Belə hədiyyələrin xoşbəxt sahibləri Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının üçüncü kurs tələbəsi Nərgiz Hüseynova, Kimya mühəndisliyi ixtisasınının ikinci kurs tələbəsi Nazpəri İsfəndiyarzadə, həmin ixtisasın birinci kurs tələbələri Nazim Nəsirov və Qəzənfər Qəzənfərli olublar.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler