» » "Nə vaxtsa qol buraxmalı idik" -

"Nə vaxtsa qol buraxmalı idik" - Asif Məmmədov

Bölmə: Idman
"Nə vaxtsa qol buraxmalı idik" -
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

Premyer Liqanın VIII turu çərçivəsində baş tutan "İnter” – "Qəbələ” (1-1) oyunundan sonra "Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov “Qafqazinfo”nun da suallarını cavablandırıb:

- Çətin oyun keçdi. Hesabda geri düşsək də, bərabərləşdirə bildik. Biz Qəbələdə gözəl stadionda oynayırıq, bunu hamınız bilirsiz. Meydanın vəziyyəti çox pis idi. Bunun ucbatından 2 əsas futbolçumuz zədələndi.

- Dmitri Bezotosnının “quru seriya”sı qırıldı...

- Nə vaxtsa qol buraxmalı idik. Bu günə qismət oldu.

- “İnter”lə ilk dövrədə də bacarmamışdınız...

- İlk dövrədə penalti epizodunu da qaşırmışdıq. Bu gün də pis oynamadıq. Səfərdə 1 xal pis deyil. İlk hissədə başabaş mübarizə apardıq. Qarşılaşmanın ədalətli nəticə deyərdim ki, heç-heçə idi.

- Bu gün meydanın mərkəzində oynadın. Çıxışından razı qaldın?

- Oyunun sonlarında belə oynadım. Baş məşqçimiz tapşırmışdı. Buna qıraqdan baxanlar qiymət verə bilər.

- “İnter”in kapitanı Nizami Hacıyev bildirdi ki, “Qəbələ”nin bizdən heç bir üstünlüyü yox idi.

- Bu, Nizaminin şəxsi fikirləridi. Bizim də, onların da qol imkanları oldu. Bir daha vurğulayıram ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.

- “Sent-Etyenn”lə oyundan əvvəl heyətdə 2 ciddi itki baş verdi.

- Belə meydanlar olmasa, daha yaxşı olardı. Bu, futbol üçün çox təhlükəlidir. Mən “İnter” 8 il oynamışam və hər iki aydan bir zədələnirdim. Şükürlər olsun ki, “Qəbələ”də belə hallarla üzləşmirəm. Çünki təbii ot örtüyündə məşq edirik.

- “Sent-Etyenn”lə oyun barədə nə düşünürsüz?

- Sabahdan rəqibi araşdıracağıq.

- Son zamanlar çox parlaq çıxış edirsən. Robert Prosineçkidən təklif gözləyirdin?

- Əlbəttə ki, gözləyirdim. Hər bir futbolçu kimi bunu həmişə gözləmişəm və gözləyəcəm də.

- Dəvət gəlməyəndə məyus oldun?

- Bəli, məyus oldum.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler