» » Azərbaycan millisinin baş məşqçisi Taylandla oyunda şansları dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi Taylandla oyunda şansları dəyərləndirib

Bölmə: Idman
Azərbaycan millisinin baş məşqçisi Taylandla oyunda şansları dəyərləndirib
"Tayland yığması qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdir". Xalqİnfo.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior Kolumbiyada keçirilən dünya çempionatının 1/8 finalında Tayland yığması ilə keçirəcəkləri görüşdən öncə mətbuat konfransında deyib.

Miltinyo bildirib ki, rəqiblərinin Rusiya yığması ilə keçirdiyi və 4:6 hesabı ilə uduzduğu görüşü izləyib: "Azərbaycan yığmasının heyətində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədir. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtımız var. Videoyazılara baxıb, daha yaxşı analiz edəcəyik. Çalışacağıq ki, faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik".

Qeyd edək ki, Azərbaycan və Tayland yığmaları Bakı vaxtı ilə sentyabrın 23-də saat 02:30-da qarşılaşacaqlar. Qələbə qazanan komanda Portuqaliya - Kosta Rika görüşünün qalibi ilə 1/4 finalda üz-üzə gələcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler