» » Məhəmməd Əlinin ölüm səbəbi məlum oldu

Məhəmməd Əlinin ölüm səbəbi məlum oldu

Bölmə: Idman, BLOK XƏBƏR
Məhəmməd Əlinin ölüm səbəbi məlum oldu

Vəfat edən əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.

Xalqinfo.az bildirir ki “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, həkimlər idmançının septik şokdan öldüyünü bildiriblər.

Şok hələlik məlum olmayan təbii səbəblərə görə baş verib. Məhəmməd Əlinin yaxınları bildiriblər ki, o ömrünün son saatlarını məhz qohumları və dostlarının yanında keçirib.

Septik şok zamanı insan orqanizmində infeksion xəstəliklərdə iltihabi proseslər gedir və bunun nəticəsində toxumalara oksigen ötürülməsi pozulur.

Ailə üzvləri boksçunun dəfn tarixini də açıqlayıblar. Belə ki, əfsanəvi idmançı 10 iyunda, doğma Luisvill şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, Məhəmməd Əli dünən, müalicə aldığı xəstəxanada vəfat edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler