» » Maradona FİFA-ın

Maradona FİFA-ın rəhbəri olur

Bölmə: Idman
Maradona FİFA-ın Argentinalı futbolçu Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini verəcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə uruqvaylı jurnalist Victor Morales bildirib.

Maradona dəfələrlə keçmiş FİFA prezidenti Joze Blatteri korrupsiya və səriştəsizlikdə günahlandırıb və təşkilatda köklü islahatlar aparılmasına üstünlük verir.

Ümumiyyətlə, bunadək FİFA prezidentliyinə 5 nəfərin namizədliyi verilib. Bunlar Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.

Xatırladaq ki, J.Blatter bu ilin mayında 5-ci dəfə FİFA-ya prezident seçilsə də iyunun 2-də istefa verib. Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş verib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler