» » Bu gün Azərbaycana gələcəklər

Bu gün Azərbaycana gələcəklər

Bölmə: Idman
Klara Azurmendi İspaniya badmintonunun perspektivli idmançısıdır.Bu gün Azərbaycana gələcəklər

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının badminton yarışlarında iştirak edəcək İspaniya millisi bu gün paytaxtımıza gəlir.

Xalqinfo.az-ın məlumatına görə, 4 idmançı ilə təmsil olunacaq ispanlar iyunun 22-də start götürəcək badminton yarışlarında iştirak edəcəklər.

Kişilərin şəxsi yarışında bu ölkəni Pablo Abian təmsil edəcək. Üçqat İspaniya çempionu olan 30 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London olimpiadalarının iştirakçısı olub.

Qadınların şəxsi yarışında isə İspaniyanı 17 yaşlı Klara Azurmendi təmsil edəcək. O, İspaniya badmintonunun perspektivli idmançısıdır.

Qadınlar arasında cütlüklərin yarışında isə İspaniyadan Haide Oxeda - Laura Molina cütlüyü mübarizə aparacaq.
Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler