» » Avropa Oyunlarına hazırlıq davam edir

Avropa Oyunlarına hazırlıq davam edir (Foto)

Bölmə: Idman
Avropa Oyunlarına hazırlıq davam edir Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir.

Xalqinfo.az bildirir ki,Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət yığma komandanın üzvləri təlim-məşq toplanışında iştirak edir. 30-a yaxın güləşçinin qatıldığı TMT aprelin 22-dən başlayıb və mayın 6-dək davam edəcək.

Xatırladaq ki, ilk dəfə keçiriləcək Avropa Oyunlarında güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Avropa Oyunlarına hazırlıq davam edir

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler