» » "Neftçi"də 6 itki

"Neftçi"də 6 itki

Bölmə: Idman
"Neftçi"də 6 itkiAzərbaycan Premyer Liqasının 29-cu turunda sabah "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" bu oyuna ciddi itkilərlə çıxacaq.

qol.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Arif Əsədov Lənkəranda keçiriləcək görüşdə 6 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Bunlardan Məqsəd İsayev, Ernest Nfor zədəli olması, Rauf Əliyev isə suçiçəyi xəstəliyinə tutulması səbəbindən qarşıdakı oyunda iştirak etməyəcəklər.

Eyni zamanda cəzalı duruma düşən Mirhüseyn Seyidov, Əziz Quliyev və Karlos Kardosa da "Xəzər Lənkəran"la görüşdə oynamayacaqlar. Kardosa ötən turda "Simurq"la keçirilən oyunun 74-cü dəqiqəsində aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün AFFA braziliyalı futbolçunu 3 oyun cəzalandırıb. Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu sabah, saat 17:00-da başlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler