» » Tovuzlu azarkeşlərdən AFFA-nın baş katibinə

Tovuzlu azarkeşlərdən AFFA-nın baş katibinə etiraz məktubu

Bölmə: Idman
Tovuzlu azarkeşlərdən  AFFA-nın baş katibinə Tovuzlu futbol fanatları ölkə başçısına və AFFA prezidentinə etiraz məktubu ünvanlayıblar.Xalqinfo.az “Qafqazinfo” a istinadən xəbər verir ki, Elxan Məmmədovun 1 gün öncə ölkə mətbuatına verdiyi açıqlama tovuzlu azarkeşləri olduqca hiddətləndirib.


Baş katibin “Turan”ı ləkələdiyini bildirən fanatlar şəhər stadionunun qarşısında aksiya da keçiriblər. Məmmədovun “Turan”-“Neftçi” oyunu haqda danışması və onun açıq şəkildə ev sahibi komandanı oyun satmaqda günahlandırmasının məntiqsiz olduğunu qeyd edən azarkeşlər “əgər belədirsə “Neftçi” niyə çempionatda iştirak edir”, “Əgər bu sübüt olunubsa niyə cinayətkarlar cəzasız qalıblar”, “Elxan Məmmədov başçılıq etdiyi qurumdakı dediyi kimi oyun alveri varsa və o, bunun qarşısını ala bilmirsə, utanmadan açıq şəkildə etiraf edirsə,bəs onda o nəyə lazımdır?” kimi suallar ünvanlayıblar. “Futbolun inkişafına çalışmadansa milli komandlara lazımsız türk, dağıstanlıları doldurmaq, Premyer Liqanı 9 komanda ilə keçirmək, oyun alverini bilə-bilə cəzasız qoymağın özü elə əsl cinayətdir” deyən fanatlar yerli televiziya kanalını da aksiyaya dəvət ediblər. Kanala danışan fəal azarkeşlər, iş görməkdənsə boş-boş danışan baş katibin “Turan” və “Neftçi” azarkeşlərinə qara yaxdığını və içtimaiyyət qarşısında onlardan rəsmi şəkildə üzr istəmələrini tələb ediblər.

Sonda azarkşelər ölkə başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, AFFA prezidenti Rövnəq Abdullayevə, Milli Məclisə eləcə də tovuzlu deputatlara rəsmi şəkildə etiraz məktubu ünvanlayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler