» » Hafiz Məmmədova daha bir zərbə

Hafiz Məmmədova daha bir zərbə

Bölmə: Idman
Hafiz Məmmədova daha bir zərbəFransanın "Lans" klubu Liqa 1-dən uzaqlaşdırılır. qafqazinfo xəbər verir ki, elita təmsilçisi Liqa 2-yə göndərilir.


Qeyd edək ki, bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb. Məhkəmə digər Fransa klubu – “Soşo”nun iddiası əsasında, “Lans”ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib.

Qərarda qeyd olunub ki, “Lans”n büdcəsi Fransa Liqa 1-in tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm elitada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən Liqa 2-də oynamalıdır.

“Lans” ötən mövsüm Fransa ikinci liqasınsa ikinci yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. “Lans”dan şikayətçi olan “Soşo” isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu “Soşo” əvəz edəcəkdi.

Qeyd edək ki, hələlik, Fransa Futbol Federasiyası “Lans”ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.

Əlavə edək ki, 22 turdan sonra “Lans” turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.

Komandanın zəif çıxışına “Lans”ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler