» » Ramos "Real"ın təklifini rədd etdi

Ramos "Real"ın təklifini rədd etdi

Bölmə: Idman
Ramos "Real"ın təklifini rədd etdi“Real”ın futbolçusu Serxio Ramos Madrid klubunun müqaviləni yeniləmək üçün ona göndərdiyi təklifi rədd edib.

Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi 2017-ci ilin iyununda bitəcək müqavilənin müddətini uzatmaq istəməyib.

Bildirilib ki, S.Ramos yeni müqavilənin şərtlərini müzakirə etmək üçün "Real"ın prezidenti Florentino Pereslə görüşüb. Ancaq təklif edilən maaş az olduğu üçün S.Ramos F.Pereslə razılaşmayıb.
"Real"ın S.Ramosa illik 6 milyon avro təklif etdiyi iddia olunub.

Qeyd edək ki, "Real"ın aparıcı futbolçularından Kriştianu Ronaldu və Qaret Beyl illik 11 milyon, Kərim Benzema 8 milyon, İker Kasilyas 4 milyon avro qazanırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler