» » Koçaryandan Paşinyanın istefasına -

Koçaryandan Paşinyanın istefasına - Münasibət

Bölmə: GÜNDƏM
Koçaryandan Paşinyanın istefasına -
Ermənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın istefasına münasibət bildirib.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Koçaryan növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə yeni siyasi monopoliyanın yaranacağına gətirib çıxaracağını deyib:

“Taktiki olaraq bu gediş başadüşüləndir – populyarlığın zirvəsində uğura hesablanmış addımdır. Strateji planda isə problemlər görürəm. Sən siyasətçi kimi, yoxsa dövlət nümayəndəsi kimi qələbə qazanacaqsan, bunu indi etməyə dəyərdimi? Bax, bunları düşünməlisən. Dövlət maraqları baxımından yeni inhisarçı dövlət fomalaşdırmaq – düşünmürəm ki, bu, doğru qərardır. Tam hakimiyyət – tam məsuliyyət deməkdir. Düşünürəm ki, bu, yeni siyasi monopoliyadan başqa bir şey olmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler