» » “Skripalların işi ilə bağlı şübhəliləri tapmışıq” -

“Skripalların işi ilə bağlı şübhəliləri tapmışıq” - Putin

Bölmə: GÜNDƏM
“Skripalların işi ilə bağlı şübhəliləri tapmışıq” - Rusiya prezidenti Vladimir Putin “Skripal işi” ilə bağlı açıqlama verib.

Xalqinfo.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, rus lider Böyük Briyaniyada eks-rus agenti Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən şəxslərin tapıldığını bəyan edib. O, “Ümid edirəm ki, onlar özləri üzə çıxacaq və hər şeyi danışacaqlar. Sizi əmin edirəm ki, hadisədə heç bir kriminal motiv yoxdur”, deyə açıqlama verib. Putinin sözlərinə görə, həmin şəxslər sıravi vətəndaşlardır və artıq onları tapıblar. Prezident onu da qeyd edib ki, şübhəlilərin kimliyi Rusiya hökumətinə məlumdur: “Mən onlara müraciət etmək istəyirəm, bu gün bizi eşitsinlər. Qoy gəlsinlər, hansısa KİV-ə danışsınlar”.

Xatırladaq ki, ata-bala ötən ilin mart ayında krallığın Solsberi şəhərində zəhərləniblər. Böyük Britaniya bu məsələdə Rusiyanı rəsmi şəkildə ittiham edərək sui-qəsdi həyata keçirən iki rus vətəndaşının adını açıqlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler