» » Ramin Hacılının həbs müddəti uzadıldı

Ramin Hacılının həbs müddəti uzadıldı

Bölmə: GÜNDƏM
Ramin Hacılının həbs müddəti uzadıldı






Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı həbsdə qalıb.



Xalqinfo.az musavat.com-a istinadən xəbər verir ki, R.Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib. O, azadlığa çıxmaq istəyini bildirib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Q.Məmmədovun sədrliyi ilə baxılıb. Qərara əsasən, R.Hacılının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.



Xatırladaq ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin Sərhəd Qoşunlarının, Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.



İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədinin buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.



DSX İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha 2 ay 15 gün müddətinə uzadılıb.



R.Hacılı 250 min manat məbləğində borcunun olduğunu, xaricə getməklə bu borcu işləyərək qaytarmağa çalışmaq istədiyini bildirib. Bildirək ki, R.Hacılı daha çox xaricə təhsil almağa gedən şəxsləri aldatmaqda ittiham edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler