» » Türkiyə “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər

Türkiyə “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər

Bölmə: GÜNDƏM
Türkiyə  “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər“Türkiyə Rusiya ilə “S-400” komplekslərinin əldə olunmasına dair sazişi bu həftə imzalaya bilər. Kreditləşmə məsələsi ilə bağlı razılıq demək olar ki artıq əldə olunub”.

Xalqinfo.az “RİA Noovosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, “S-400”-lə bağlı heç bir problem yoxdur: “Kreditləşmə məsələsi ilə bağlı razılıq əldə olunub, yalnız detallar qalıb. Hazırda hər iki tərəfin mütəxəssisləri məsələ ilə bağlı işi birgə işləməkdə davam edir. İş başa çatdıqda imzalanma olacaq, ola bilsin ki, bu elə bu həftə baş tutdu”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək.

V.Putin isə, öz növbəsində, iki ölkə arasında hərbi kredit sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler