» » Azərbaycanlıların yaşadığı rayonlardakı seçkilərin ilkin -

Azərbaycanlıların yaşadığı rayonlardakı seçkilərin ilkin - Nəticələri

Bölmə: GÜNDƏM
Azərbaycanlıların yaşadığı rayonlardakı seçkilərin ilkin -
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub.

“Xalqinfo”nun məlumatına gröə, APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev tutub.

Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər. Müvafiq olaraq Ramaz Budaqaşvili 72,54 faiz, Davit Şerazadişvili 85,59 faiz və Giorgi Tatuaşvili 77,6 faiz səslə birinci yerdədirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler