» » Şok: Türkiyədən Qarabağa nümayəndə heyəti gedib -

Şok: Türkiyədən Qarabağa nümayəndə heyəti gedib - Foto

Bölmə: GÜNDƏM
Şok: Türkiyədən Qarabağa nümayəndə heyəti gedib -
Sentyabrın 22-də Türkiyədən bir qrup nümayəndə Ermənistan üzərindən Azərbaycanın işğal edilən Dağlıq Qarabağ ərazisinə səfər edib.

Teleqraf.com bildirir ki, bu haqda Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl özünün Feysbuk səhifəsində xəbər yayıb.

Mütəxəssis Ermənistan üzərindən Azərbaycanın işğal edilən ərazilərinə gedən nümayəndə heyətini şərəfsiz adlandırıb.

Xəbərə görə, Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti separatçı rejimin xarici işlər naziri tərəfindən qəbul edilib, görüşdə Qarabağ münaqişəsi, onun taleyi və həlli perspektivləri haqda müzakirələr aparılıb.

Qəribədir ki, bu saxta səfərdən sonra Türkiyəyə qayıdan nümayəndə heyəti qardaş ölkənin bəzi televiziya kanallarında çıxış edərək təəssüratlarını paylaşıb.

Qeyd edək ki, separatçı rejimlə görüşə gedən nümayəndə heyətinin tərkibində Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Ufuk Uras da yer alıb.

Toğrul İsmayıl sual edib ki, bütün bunlar nə deməkdir? Nə zamandan işğal və terrorçuluğu dəstəkləmək demokratiya olur?

Mütəxəssis xüsusilə qeyd edib ki, Türkiyə artıq təzadlar ölkəsinə çevrilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler