» » Qara dəniz sahilindəki turistlərə qasırğa -

Qara dəniz sahilindəki turistlərə qasırğa - Xəbərdarlığı

Bölmə: GÜNDƏM
Qara dəniz sahilindəki turistlərə qasırğa -
Gürcüstanda Qara dənizin sahillərində 5 ballıq qasırğa gözlənilir.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan rəsmiləri, habelə Batumi dəniz limanı rəhbərliyi məlumat yayıb.

Batumidə xilasedicilər dəniz kənarında istirahət edən turistlərə xəbərdarlıq edir, insanları diqqətli olmağa, mümkün qədər dənizdən kənar qalmağa dəvət edirlər.

Bu gün axşamdan başlayaraq küləyin sürəti saniyədə 20 metrə çatacaq. Gürcüstanın qərb bölgəsində güclü yağış, külək olacaq, çaylarda suyun səviyyəsi qalxacaq, sürüşmə zonalarında aktivləşmə artacaq.

Avqustun 31-də baş vermiş ilk qasırğa Batumi, Kobuleti və Ureki istirahət yerlərində həyatı iflic edib. Güclü qasırğanın yaratdığı daşqınlar nəticəsində otel, mehmanxana və evlərin birinci mərtəbələrinə, dükan və ictimai iaşə obyektlərinin bir hissəsinə su dolub. Bəzi yaşayış məntəqələrinə təbii qazın və elektrik enerjisinin verilişi dayandırılıb. Biri azyaşlı olmaqla iki nəfər dənizdə batıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler