» » Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Bölmə: GÜNDƏM
Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib
Ermənistanda müddətli hərbi qulluqçu, kiçik çavuş Vardan Melkonyanın intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib.

“Xalqinfo” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, o, hədə-qorxu ilə intihar həddinə çatdırma, qəddar rəftar, sistemli şəkildə insan ləyaqətinin alçaldılması maddələri ilə ittiham olunur. Məlumata görə, iyulun 22-də Melkonyan gecə saat 12 radələrində hərbçi həmkarı tərəfindən məişət xidməti otağında zorakılığa məruz qalıb.

Xatırladaq ki, iyulun 23-də 1998-ci ildə doğulan Vardan Melkonyanın meyiti hərbi hissələrdən birinin yaxınlığından asılı vəziyyət aşkar edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler