» » Azay Quliyev Minsk Qrupunun həmsədrlərini tənqid etdi

Azay Quliyev Minsk Qrupunun həmsədrlərini tənqid etdi

Bölmə: GÜNDƏM
Azay Quliyev Minsk Qrupunun həmsədrlərini tənqid etdi
ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib.

Xalqinfo.az-ın məlumatına görə, Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər:

”Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk Qrupu həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk Qqrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk Qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler