» » Quba məzarlığı ilə bağlı təcili müşavirə təxirə salınıb

Quba məzarlığı ilə bağlı təcili müşavirə təxirə salınıb

Bölmə: GÜNDƏM
Quba məzarlığı ilə bağlı təcili müşavirə təxirə salınıb
Quba məzarlığında sümüklərin çürümə prosesini əngəlləmək məqsədi ilə təcili müşavirə keçirilməli idi. Bununla bağlı Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev Modern.az-a açıqlama vermişdi.

Məsələ ilə bağlı Qəhrəman Ağayev yenidən məlumat verib. Onun sözlərinə görə, nəzərdə tutulan müşavirə təxirə salınıb.

“Bilirsiniz ki, Quba məzarlığının vəziyyəti ilə əlaqədar müşavirə keçirilməsi təyin olunmuşdu. Lakin qısa iclas keçirə bildik və müşavirə təxirə salındı.

Səbəb isə Formula-1 və İslam Oyunlarıdır. Bizə bildirildi ki, bu oyunlar bitəndən sonra müşavirə tarixi yenidən təyin olunacaq. Məzarlığın şüşə örtüklə təmin olunması ciddi məsələdir və müəyyən məbləğ tələb edir. Bununla bağlı geniş müzakirə aparılmalıdır. Hələki bir az gözləməliyik”.

Qeyd edək ki, ötən həftə deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalıb.O, məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət edib.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler