» » Facebook üzr istədi

Facebook üzr istədi

Bölmə: GÜNDƏM
Facebook üzr istədi
"Özümü təhqir edilmiş kimi hiss etdim".
Norveçdə yaşayan və tutulduğu xəstəlik səbəbindən sifət quruluşu dəyişən qara dərili gənc Embert Henosk facebook-da şəklini yerləşdirib. Lakin facebook həmin gəncin şəklini şəbəkədən silib.

Belə ki, bir neçə həftə əvvəl Embert xəstəlik nəticəsində üz quruluşu dəyişmiş şəklini facebook-a qoyub. Lakin ötən gün sosial şəbəkəyə girən gənc şəklinin silindiyini və “bu şəkil facebook qaydalarına ziddir” yazılmış cümləni görüb.

Bundan təsirlənən gənc isə facebookda bunları yazıb: “Özümü təhqir edilmiş kimi hiss etdim”.

Məsələ mediada yayılandan sonra Facebook açıqlama verərək həmin gəncdən üzr istəyib və şəkli yenidən bərpa edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler