» » ATƏT-in Minsk Qrupu Qarabağa dair bəyanat yaydı

ATƏT-in Minsk Qrupu Qarabağa dair bəyanat yaydı

Bölmə: GÜNDƏM
ATƏT-in Minsk Qrupu Qarabağa dair bəyanat yaydı

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri – rusiyalı nazir Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və fransalı nazir Jan-Mark Eyro Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.

Xalqİnfo”nun Trend-ə istinadən məlumatına görə, XİN rəhbərləri bəyanatda münaqişənin danışıqlar yolu ilə həllinə tam sadiq qaldıqlarını bildirirlər.

XİN rəhbərləri Azərbaycan və Ermənistan liderlərinin görüşün keçirilməsində yardım etməyə hazır olduqlarını bildiriblər.

“Biz aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, həmçinin güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı ifadə edir, güc tətbiqini və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik”, - deyə nazirlər bildirirlər.

Bəyanatda vurğulanır ki, həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler