» » Tovuz rayonunda zəhərlənmə...

Tovuz rayonunda zəhərlənmə...

Bölmə: GÜNDƏM
Tovuz rayonunda zəhərlənmə...
Tovuzda bir neçə nəfər qidadan zəhərlənib. "Xalqİnfo" xəbər verir ki, APA-nın məlumatına görə, zəhərlənmə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakinlərin birinin evində təşkil olunan qonaqlıqda iştirak edənlər yemək yedikdən sonra zəhərlənmə əlamətini hiss edərək, Tovuz mərkəzi rayon xəstəxanasına müraciət ediblər.

Onlardan 6 nəfərin vəziyyəti orta ağır olduğuna görə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlər 2003-cü il təvəllüdlü Əfsanə Yusibova, 1991-ci il təvəllüdlü Ədalət Həsənov, 1998-ci il təvəllüdlü Şəhla Yusibova, 2008-ci il Xəyal Həsənov, 1996-cı il təvəllüdlü Əli Abbasov və 2007-ci il təvəllüdlü Zöhrə Xəlilovadır.

Xəstəxanaya müraciət edənlərin sayının artacağı ehtimal edilir.

İlkin məlumata görə zəhərlənmə mis qazanda saxlanılan ətdən baş verib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler