» » Prezidentə ən çox bu sahələrdən şikayət edirlər -

Prezidentə ən çox bu sahələrdən şikayət edirlər - SİYAHI

Bölmə: GÜNDƏM
Prezidentə ən çox bu sahələrdən şikayət edirlər -
Prezident Administrasiyası vətəndaşları narahat edən əsas mövzular və problemləri açıqlayıb. Lent.az-ın məlumatına görə, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, daxil olan müraciətlərin mövzular üzrə təhlili həmişə maraq doğuran və düşündürən məsələlərdən biridir. “2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı əksər mövzular üzrə azalıb. Mövzular üzrə əvvəlki illə müqayisədə azalma daha çox prokurorluq və polis orqanlarının fəaliyyəti, vətəndaşlıq, pasport qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi, maliyyə məsələləri və sahibkarlığın inkişafı, kreditlərin verilməsi, əmlak, elm və təhsil, nəqliyyat, ekologiya və təbii sərvətlər məsələləri üzrə müşahidə olunub”.


PA rəsmisi vurğulayıb ki, lakin yaşıllıqların və meşələrin mühafizəsi, meliorasiya və su təsərrüfatı, uşaq bağçaları və körpələr evlərinin fəaliyyəti, turizm, məişət məsələləri ilə əlaqədar müraciətlərin sayında bir qədər artım müşahidə olunub.


"Prezident Administrasiyasına keçən il daxil olmuş müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə azalsa da, hüquq mühafizə və məhkəmə orqanlarının, hakimlərin fəaliyyəti, torpaq sahələrinin ayrılması və pay torpaq sahələrinin sənədləşdirilməsi, şəhər, rayon İHB-ləri aparatlarının, habelə inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi, mənzillə təmin olunma, şəhərsalma və tikinti, enerji daşıyıcıları və su təchizatı, səhiyyə, dövlət qulluğu, kənd təsərrüfatı, məişət, turizm və sair məsələlər barəsində digər mövzulara nisbətən daha çox müraciət daxil olub".

S. İsmayılovun sözlərinə görə, hüquq mühafizə orqanlarının, məhkəmələrin və hakimlərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı 2013-cü illə müqayisədə 22,2 faiz (o cümlədən polis orqanları – 20,9 faiz, məhkəmələr və hakimlər – 25,7 faiz, prokurorluq orqanları –15,4 faiz) azalıb. “Bu azalmanı onunla izah etmək olar ki, ölkə Prezidentinin səyləri ilə son illərdə bu sahədə geniş islahatlar aparılmış, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti xeyli gücləndirilmiş, korrupsiya hallarına qarşı mübarizə genişləndirilib, ASAN xidmət kimi qurumların yaradılması ilə bir çox neqativ halların qarşısı alınıb. Son 3 ildə 20-dək yeni məhkəmə yaradılmış və hakimlərin sayı 2 dəfə artırılıb. Ümumiyyətlə, Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler