» » “Həkim səhvinə görə olub” -

“Həkim səhvinə görə olub” - “Eurovision”un əlil iştirakçısı

Bölmə: Fotosessiya, Şou
“Həkim səhvinə görə olub” -
Xəbər verdiyimiz kimi, Rusiyanı “Eurovision-2017”da əlil müğənni Yuliya Samoylova təmsil edəcək.

Xalqinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 27 yaşlı sənətçi yarışma barədə müsahibə verib.

“Çox xoşbəxtəm, həmçinin şokdayam. Bunun həqiqət olduğuna inana bilmirəm”- deyə ifaçı bildirib.

Yuliya deyib ki, oxuduğu “Layt” adlı mahnını sevgilisinə həsr edib:

“Uzun illərdir ki, Aleksey Taranla bir aradayıq. Mahnı da öz taleyim, bu yerə çatana kimi çəkdiyim əziyyətlərdən bəhs edir. Bu mahnını da sevgilimə həsr edəcəm”.

1-ci qrup əlil olan Samoylova həkimlərin səhvi ucbatından əlil arabasına məhkum olduğunu söyləyib:

“Uşaqlıqda həkim səhvi ucbatından belə olmuşam. 1 yaşım var idi, həkimlər peyvənd vurdular, nəticəsi belə oldu. Ailəm heç vaxt məndən utanmayıb. Yaxınlarımız valideynlərimə deyirdi ki, növbəti övlad dünyaya gətirin, gəncsiniz.

Ancaq onlar inadkar oldular, məndən başqa uşaq istəmədilər. Bu halıma görə heç vaxt üsyan etməmişəm. Yarışmaya hazırlaşanda mənə dedilər ki, sən səhnəlik deyilsən, araba sənə maneə olacaq. Belə səhnəyə çıxa bilməzsən”.

Qeyd edək ki, “Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.

“Həkim səhvinə görə olub” -
“Həkim səhvinə görə olub” -
“Həkim səhvinə görə olub” -
“Həkim səhvinə görə olub” -
“Həkim səhvinə görə olub” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler