O da boşanır?Bölmə: Fotosessiya, Şou
Məşhur aktrisa Birce Akalay boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib. “Xalqİnfo” xəbər verir ki, o, ötən gün “Gələcəyin sineması” mükafatlandırma mərasiminə qatılıb. Gecədə tək iştirak edən Akalay jurnalistlərin suallarını cavablandırıb. “Sarp Levendoğlu film üçün Hindistana gedib. Bu səbəbdən tədbirə tək gəlmişəm. Boşanmağım barədə yayılan xəbərlər məni yorur. Məncə bu mövzu köhnəlib. Bir dəli quyuya daş atıb, qırx ağıllı çıxara bilməyib”,-deyə Birce qeyd edib. Xatırladaq ki, məşhur cütlük 2014-cü ildə ailə həyatı qurub. Akalay 10 gün əvvəl “Həyat yoldaşım Datça ərazisində qalır. Məcbur qalmadıqca İstanbula gəlmir” açıqlaması vermişdi, cütlüyün boşanmağı barədə xəbərlər yayılmışdı. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|