Təranə-Musa cütlüyü

Bölmə: Fotosessiya, Şou
Təranə-Musa Musa Musayev və Təranə Qumral cütlüyü Yeni il tətilindən qayıdıblar. ANS PRESS-in məlumatına görə, yerli şou-biznesin ayrılmaz dueti bayramı Şahdağda qeyd edib.

İstirahətdən yeni qayıdan Təranə Qumral ailəsi ilə birlikdə xoş günlər keçirdiyini söyləyir: "Çox şükürlər olsun ki, növbəti ilə sağ-salamat və ailəmlə birlikdə qədəm qoydum. Mənim üçün ən əsası budur. Özümün və qızlarımın ailə xoşbəxtliyi hər şeydən önəmlidir mənim üçün. 31 dekabrda, axşam bir masa arxasına toplaşdıq. Ailəmizlə birlikdə ənənəvi şəkildə növbəti Yeni ilimizi qeyd etdik. Yeni ilin başlanğıcından isə, yəni ayın 1-dən Şahdağa yollandıq".

Müğənni böyük qızı Qumral, həyat yoldaşı və onların uşaqları, Musa və kiçik qızı Sevgimlə çox gözəl istirahət etdiklərini deyib. "Ortancıl qızım Fidan və yoldaşı uşaqları hələ çox balaca olduğundan bizə qoşula bilmədilər. Hər kəsə Yeni ildə ailə xoşbəxtliyi və xoş günlər arzulayıram".
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa
Təranə-Musa

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler