» » Özünü biyabır etdi

Özünü biyabır etdi Foto + Video

Bölmə: Dünya
Özünü biyabır etdi


“BBC” telekanalının müxbiri məhv edilən narkotiklərdən reportaj hazırlayan zaman çıxılmaz vəziyyətə düşüb. İş ondadır ki, müxbir Kventin Sommervil külli miqdarda yandırılaraq məhv edilən heroin, tiryək və həşiş kimi narkotik maddələrin yaxınlığında dayanaraq reportaj hazırlamağa çalışıb.

Lakin o, yandırılan narkotik maddələrə çox yaxınlaşdığı üçün sözünü bitirə bilməyib. Kventin “YouTube” telekanalında yerləşdirdiyi videonu “Nəfəs almayın” (Don’t inhale) adlandırıb. Videodan aydın görmək olur ki, Kventin narkotik maddələrin təsirindən bihuş olaraq sözləri düzgün ifadə edə bilməyib. Bundan əlavə, o, yersiz gülüşünü də saxlaya bilməyib.

Kventin kameraya baxaraq deyib: “Mənim arxamda 8 yarım tonluq heroin, tiryək, həşiş və digər narkotik maddələr yandırılır”. Bu kəlmədən sonra Kventin ikinci cümləni deməyə çalışır, lakin yersiz gülüşü onu və operatorun diqqətini yayındırır.

Beləcə, Böyük Britaniya müxbiri pərt olaraq reportajı dayandırıb.

Özünü biyabır etdi
Özünü biyabır etdi
Özünü biyabır etdi
Özünü biyabır etdi
Özünü biyabır etdi



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler