» » Şahzadə ölkəni şoka saldı

Şahzadə ölkəni şoka saldı

Bölmə: Dünya
Şahzadə ölkəni şoka saldıTayland kral taxt-tacının varisinin xanımı, şahzadə Srirasmi Aharafonqriçi titulundan könüllü imtina edib.

Xalqinfo.az milli.az-a istinadən bildirir ki, ölkə kralı, 87 yaşlı Phumipon Adulyadet şahzadənin müraciətini qəbul edib və ona müsbət cavab verib.
Srirasminin qərarına ailə üzvlərinin adlarının çəkildiyi korrupsiya qalmaqalı təsir edib.

Dekabrın 1-də varis şahzadə Maha Vadçiralonqkorn arvadının qohumlarını bütün fəxri adlar və titullardan məhrum etmişdi. O, bundan belə kiminsə Aharafonqriçi soyadından istifadə etməsini yasaqlamışdı.

Bir qədər əvvəl şahzadə Srirasminin 3 qohumu polis tərəfindən rüşvətxorluq və korrupsiyada suçlanıb. Onların hamısı ölkənin Mərkəzi İstintaq Bürosunda rəhbər vəzifələrdə çalışırdılar.

Şahzadə Vadçiralonqkorn taxtda atası, kral Phumipon Adulyadeti əvəzləyəcək.
Srirasmi Aharafonqriçi 2001-ci ilin fevralında varis şahzadə Mahi Vatçiralonqkornla ailə qurmuşdu. 2005-ci ilin aprelində onların Dipanqkorn Rasmicoti adlı oğulları dünyaya gəlib.

Varis şahzadə sayca 3-cü arvadı olan Srirasmi ilə artıq 3 ildir ki, birlikdə yaşamır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler