» » İsveçrə hökumətindən ermənilərə tərs şillə

İsveçrə hökumətindən ermənilərə tərs şillə

Bölmə: Dünya
İsveçrə hökumətindən ermənilərə tərs şilləİsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini bir daha rədd edib. trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, İsveçrə erməniləri 7 ildir ki, 1915-ci il hadisələrini "əks etdirən" saxta soyqırım abidəsinin BMT binasına bitişik inşa edilməsi tələbi ilə çıxış edirlər.

Qəzetin məlumatına əsasən, İsveçrə hökuməti qondarma erməni soyqırımı abidəsinin başqa yerdə inşasına baxılacağını bildirib.

Xatırladaq ki, bu il oktyabrın 1-də İsveçrə hökuməti ermənilərin qondarma erməni soyqırımı abidəsinin inşası tələbini rədd etmişdi.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma soyqırımı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler