» » Kanadanın baş naziri:

Kanadanın baş naziri: ”Sərnişin təyyarəsin İran vurub”

Bölmə: Dünya, BLOK XƏBƏR
Kanadanın baş naziri:




ABŞ, Britaniya və Avstraliya da eyni fikirdədir

Qəzaya uğramış Ukrayna sərnişin təyyarəsi ilə bağlı müzakirələr dünyanın gündəmindədir. Mövzu ilə bağlı əsas sual isə belədir ki, qəzanın səbəbi nədir? Dünən ABŞ-ın yüksək ranqlı məmurları, o cümlədən Donald Tramp bəyan etdi ki, Ukrayna təyyarəsinin İran raketi tərəfindən səhvən vurulması ilə bağlı ciddi şübhələr var.

Bu gün isə qəza zamanı 63 vətəndaşını itirən Kanadanın Baş naziri Justin Trudeau, Ottavada deyib: “Biz müttəfiqlərimiz və öz kəşfiyyatımız da daxil olmaqla bir çox mənbədən kəşfiyyat məlumatları alırıq. Əlimizdəki materiallar sübut edir ki, təyyarə İranın yerüstü-hava raketi ilə vurulub”. “Associated Press"in məlumatında belə deyilir.

Agentlik bildirir ki, ABŞ, Böyük Britaniya və Avstraliya yetkililəri də sərnişin təyyarəsinin səhvən İran tərəfindən Rusiya istehsalı olan raketlə vurlması fikrindədirlər.

Böyük Britaniyanın baş naziri Boris Conson və Avstraliyanın baş naziri Scott Morrison da Kanada baş nazirinin bəyanatı ilə səsləşən fikirlər söyləyiblər. Avstraliyanın baş naziri onu da əlavə edib ki, əldə olan məlumatlar göstərir ki, İran təyyarəni səhvən vurub.

Ancaq İranın dövlət “İRNA” xəbər agentliyinə müsahibəsində mülki aviasiya qəzaları araşdırma komissiyasının rəhbəri Hasan Rzaeifa "raket və ya zenit sistemi ilə təyyarənin vurulması versiyaları istisna edilir”,-deyib.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov Ukrayna mediasına bildirib ki, mütəxəssislər raket zərbəsi də daxil olmaqla qəza ilə əlaqədar bir neçə versiya üzərində işləyirlər: "Raketin, bəlkə də Tor raket sisteminin zərbəsi əsas versiyalar arasındadır. Çünki qəzanın baş verdiyi yerin yaxınlığında tapılan raketdən qopmuş parçalar barədə İnternetdə məlumatlar yayıldı".

“Tor” Rusiya istehsalı olan raket sistemidir. Rusiya 2007-ci ildə 29 ədəd “Tor-M1” yer-hava sistemini İrana satıb. İran hərbi parad zamanı bu raketləri dəfələrlə nümayiş etdirib.

İran Silahlı Qüvvələrinin sözçüsü general Abülfəzl Şəkərçi yarım-rəsmi “Fars” xəbər agentliyinə çərşənbə günü verdiyi açıqlamada sərnişin təyyarəsinin raketlə vurulması ehtimalını rədd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski isə deyib: “Ukrayna üçün prioritet məsələ təyyarə qəzasının səbəblərinin müəyyənləşdirməkdir. Şübhəsiz ki, biz həqiqəti tapacağıq”.

Elbəyi Həsənli, Sürix
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler