» » Zelenski Bakıdan foto paylaşdı

Zelenski Bakıdan foto paylaşdı

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Zelenski Bakıdan foto paylaşdı
Azərbaycanda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə Bakıdan paylaşım edib.

Xalqinfo” xəbər verir ki, Zelenski öz instaqram və feysbuk hesablarında “Bakı Ekspo Mərkəzi”nin qarşısından foto paylaşaraq “Bakı! Rəsmi ziyarət. Qeyri-rəsmi foto” şərhini yazıb.

Qeyd edək ki, ötən gün Azərbaycan paytaxtına xanımı Yelena Zelenskaya ilə təşrif buyuran Ukrayna dövlət başçısının səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşləri planlaşdırılıb.

Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, Ukrayna və Azərbaycan rəhbərləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər. Daha sonra Bakıda Vladimir Zelenskinin Ukrayna Azərbaycan icmasının nümayəndələri ilə görüşü olacaq.

Bu məqamda xatırladaq ki, bu, Zelenskinin prezidentliyi dövründə Azərbaycana ilk səfəridir.

Zelenski Bakıdan foto paylaşdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler