Rusiyada sabiq nazir oğurladığı hər milyard üçün bir il azadlıqdan məhrum olduBölmə: Dünya
Rusiyanın paytaxtı Moskvada Basman məhkəməsi sabiq Maliyyə naziri Aleksey Kuznetsovu ümumi rejimli həbsxanada 14 il müddətinə azadlıqdan məhrum edib. Sabiq məmur 14 milyard rubl (333200000 AZN) mənimsəməkdə təqsirli bilinib. Bununla bağlı Life.ru məlumat yayıb. Müstəntiqlərin dediyinə görə, 2005-2008-ci illərdə o, digər məmurlarla birlikdə bələdiyyə əmlakını talan edib. Beləliklə, Kuznetsov oğurlanan hər milyard üçün bir il həbs cəzası alıb. Sabiq Maliyyə naziri uzun müddət təqsirini etiraf etməyib, lakin sonda elədiklərini boynuna alıb. Qeyd edək ki, Kuznetsovun özü uzun illər ölkədən xaricdə gizlənib, ancaq bir il əvvəl Fransa onu Rusiya hökumətinə təhvil verib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|