» » Britaniya kəşfiyyatının eks-zabiti İstanbulda ölü tapıldı

Britaniya kəşfiyyatının eks-zabiti İstanbulda ölü tapıldı

Bölmə: Dünya
Britaniya kəşfiyyatının eks-zabiti İstanbulda ölü tapıldı
“Ağ dəbilqələr” təşkilatının yaradıcılarından biri, “Mi-6” Britaniya kəşfiyyatının eks-zabiti Ceyms Le Mezyurye Türkiyənin İstanbul şəhərində yerləşən evində ölü vəziyyətdə tapılıb. “Xalqinfo”nun məlumatına görə, bu barədə “Sözcü” qəzeti polisdəki mənbəsinə istinadən xəbər verib.

Mezyuryenin cəsədi bazar ertəsi səhər saatlarında yaşadığı evin həyətində qonşuları tərəfindən tapılıb. Mərhumun evinə gələn polis qapını döyüb. Qapını açan Mezyuryenin həyat yoldaşı ərinin ölüm xəbərindən şok keçirib.

“RİA Novosti” yazır ki, qadının sözlərinə görə, ölümündən əvvəl Mezyurye bir müddət antidepressantlar qəbul edib. İlkin ehtimala görə, o, eyvana çıxıb və oradan evin həyətinə yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler